Ucnoqta.az
www.ucnoqta.az

Aktyor Əlibala Əsgərov vəfat edib

22:13 - 12 İyun 2024 tarixində dərc olunub.

Lənkəran Dövlət Dram Teatrının aktyoru Əlibala Əsgərov 69 yaşında dünyasını dəyişib.


Bu barədə Azərbaycan Teatr Xadimləri İttifaqından bildirilib.

Aktyor Əlibala Əfsər oğlu Əsgərov 1955-ci ildə Sumqayıtda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsində təhsil alıb. 1975-ci ildən N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında işləyib. Bununla yanaşı o, “Durnalar qayıdanda” filmində Sovet zabiti, “Qəzan mübarək Paşam” filmində general Əliağa Şıxlinski obrazlarını yaradıb./report

Müəllif: Ucnoqta.az redaksiyası