Ucnoqta.az
www.ucnoqta.az

Çində helikopter qəzaya uğrayıb

15:51 - 12 İyun 2024 tarixində dərc olunub.

Çinin şərqindəki Tszyansi əyalətində helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər itkin düşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Sinxua agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, fövqəladə hadisə Pekin vaxtı ilə təxminən saat 14:00-da Şanzhao şəhərində baş verib.

Hadisənin səbəbləri aydınlaşdırılır, araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası