Ucnoqta.az
www.ucnoqta.az

Bakı-Ağstafa qatarına Tovuzda dayanacaq verilməsi bərpa edilir

19:26 - 10 İyun 2024 tarixində dərc olunub.

Tovuz stansiyasından keçən dəmir yolunda aparılan təmir işləri yekunlaşdığından bu gündən etibarən Bakı-Ağstafa-Bakı marşrutu üzrə hərəkət edən qatarlara bu stansiyada dayanacağın verilməsi bərpa edilir.

Ucnoqta.az bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-ə istinadən xəbər verir.

Hərəkət cədvəli və biletlər haqqında məlumatı dəmiryol vağzallarının kassalarından, www.ady.az saytından, "ADY Mobile" (www.ady.az/app) tətbiqindən və ya 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.

Müəllif: Ucnoqta.az redaksiyası