Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda general işdən çıxarıldı - YENİ TƏYİNAT

12:44 - 10 İyun 2024 tarixində dərc olunub.

Müdafiə Nazirliyinin Katibliyinin rəisi general-mayor Namiq Poladov vəzifəsindən azad edilib.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Əmrə əsasən, Namiq Poladov son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

Nazirin digər əmri ilə polkovnik Elnur Kazımov Katibliyin rəisi təyin edilib.

Müəllif: Ucnoqta.az redaksiyası