Ucnoqta.az
www.ucnoqta.az

Bakıda evdə meyit aşkarlandı

09:56 - 10 İyun 2024 tarixində dərc olunub.

Bakıda 44 yaşlı kişi evində ölü aşkarlanıb.

Ucnoqta.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Aşıq Ələsgər küçəsində yerləşən evlərdən birində qeydə alınıb.

1980-cı il təvəllüdlü Samir Əhmədov evinin ikinci mərtəbəsində asılmış vəziyyətdə aşkar edilib.

Onun intihar etdiyi ehtimal edilir.

Araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası