Ucnoqta.az
www.ucnoqta.az

Oğuzda 4 otaqlı ev yanıb

11:35 - 8 İyun 2024 tarixində dərc olunub.

Oğuz rayonunun Kərimli kəndində yanğın olub.

Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 100 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası