Ucnoqta.az
www.ucnoqta.az

Birinci Qarabağ müharibəsinin şəhidinin qalıqları dəfn olunub

16:35 - 6 İyun 2024 tarixində dərc olunub.

Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edilən, 32 ildən sonra dəfn yeri və kimliyi müəyyən olunan şəhid Novruzov Niyaz İlyas oğlunun qalıqları ailəsinə təhvil verilib.

APA-nın məlumatına görə, şəhid Niyaz Novruzovla doğulduğu Goranboy rayonunun Veyisli kəndində vida mərasimi keçirilib. Şəhidin qalıqları Veyisli kənd qəbristanlığında dəfn olunub.

Dəfn mərasimində Goranboy rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərliyi, ictimaiyyət nümayəndələri iştrak edib.

Niyaz Novruzov 1992-ci ilin sentyabrında Ağdərə rayonunda gedən döyüşlərdə itkin düşüb.

Onun Tərtərdəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.

Müəllif: Ucnoqta.az redaksiyası