6 iyun tarixində müəllimlər üçün sertifikasiyaya dəstək görüşü keçiriləcək.
Ucnoqta.az xəbər verir ki, Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzinin direktoru Nəzakət Mehdiyeva və Gənc Xarici dil Müəllimləri birliyinin sədri Günay Əkbərova imtahan zamanı diqqət yetirilməli olan məsələlərlə bağlı müəllimlərin suallarını cavablandıracaq.
Qeyd edək ki, görüş saat 19:30-da MS Teams platformasında baş tutacaq.
Qeydiyyat linki: https://chat.whatsapp.com/EZSfZmCxkpVHnwcmiaUMEv