Ucnoqta.az
www.ucnoqta.az

Ağcabədidə qardaş bacısını bıçaqladı

11:23 - 5 İyun 2024 tarixində dərc olunub.

Ağcabədidə bıçaqlanma hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisə Avşar kəndində qeydə alınıb.

Kənd sakini S.Həsənov yaşadığı evdə şəxsi münasibətlər zəminində bacısı Ə.Həsənliyə kəsici-deşici alətlə xəsarət yetirib.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası