Ucnoqta.az
www.ucnoqta.az

Qurban bayramının namaz vaxtı açıqlanıb

10:53 - 5 İyun 2024 tarixində dərc olunub.

İyunun 16-17-də Azərbaycanda Qurban bayramı qeyd ediləcək.

Qafqaz Müsəlmanları İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hər il olduğu kimi məscidlərdə Qurban bayramının namazı qılınacaq:

“Bəzi məscidlərdə bayram namazı saat 08:00, bəzilərində isə 09:00-da qılınacaq. Ola bilər ki, məscid imamları öz gələn camaatına uyğun vaxt təyin edə bilərlər, məsələn, rayon yerlərində daha tez, şəhər yerlərində bir az gec ola bilər”.

Müəllif: Ucnoqta.az redaksiyası