Ucnoqta.az
www.ucnoqta.az

35 yaşlı gənc reabilitasiya mərkəzində öldü

17:22 - 4 İyun 2024 tarixində dərc olunub.

Bakıda reabilitasiya mərkəzində ölüm olub.

Ucnoqta.az lent.az-a istinadən bildirir ki, hadisə paytaxtın Pirşağı qəsəbəsində yerləşən Sağlam Dünya Reabilitasiya Mərkəzində qeydə alınıb. 

Orada müalicə alan, Beyləqan rayon sakini, 1989-cu il təvəlüdlü Cəlil Mehdiyev dünyasını dəyişib. 

C. Mehdiyevin ölümünün səbəblərini müəyyənləşdirmək üçün müvafiq ekspertizalar təyin edilib. 

Faktla bağlı araşdırma aparılır. 

Müəllif: Ucnoqta.az redaksiyası