Ucnoqta.az
www.ucnoqta.az

Qubada göldə batan uşağın meyiti tapılıb

08:14 - 4 İyun 2024 tarixində dərc olunub.

İyun ayının 3-ü Quba rayonunun Digah kəndi yaxınlığında süni göldə batan 2012-ci təvəllüdlü Ələsgərov Yusif Elşad oğlunun cəsədi tapılıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə Ələsgərov Yusif Elşad oğlunun cəsədi nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ucnoqta.az redaksiyası