Ucnoqta.az
www.ucnoqta.az

Gürcüstan təşkilatları reyestrdən keçməsə onların hesablarına həbs qoyulacaq

15:38 - 3 İyun 2024 tarixində dərc olunub.

Xarici agentlər haqqında qanunun meyarlarına uyğun gələn Gürcüstan təşkilatları reyestrdə qeydiyyatdan keçməsə, bu, onların hesablarına həbs qoyulmasına gətirib çıxaracaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının baş katibi Kaxa Kaladze deyib. Onun sözlərinə görə, QHT-lərin xaricdən gələn vəsaitləri inqilabi ssenariləri maliyyələşdirmək və cəmiyyəti qütbləşdirmək üçün istifadə etdiyinə dair şübhələr var.

Qəbul edilən qanunun şərtlərinə görə, gəlirlərinin 20%-dən çoxunu xaricdən alan təşkilatlar qeydiyyatdan keçməlidir.

Müəllif: Ucnoqta.az redaksiyası