Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda 14 yaşlı oğlanı ildırım vurub öldürdü

11:29 - 1 İyun 2024 tarixində dərc olunub.

Tovuzda 14 yaşlı oğlanı ildırım vuraraq öldürüb. 

Ucnoqta.az xəbər verir ki, 2010-cu il təvəllüdlü, Tovuz rayon ağdam kənd sakini Abdullazadə Səbuhi Samir oğlu yaşadıqları evin yaxınlığında heyvanlarını otararkən ildırım vurması nəticəsində hadisə yerində ölüb. 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. 

Müəllif: Ucnoqta.az redaksiyası