Ucnoqta.az
www.ucnoqta.az

Tayvan sahillərində 5,2 bal gücündə zəlzələ baş verib

22:13 - 31 May 2024 tarixində dərc olunub.

Tayvanın şərq sahillərində 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar 18 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. 

Müəllif: Ucnoqta.az redaksiyası