Ucnoqta.az
www.ucnoqta.az

Göygölə dolu düşüb

22:01 - 31 May 2024 tarixində dərc olunub.

Qeyri-sabit hava şəraiti nəticəsində Göygöl rayonuna dolu düşüb.

APA-nın məlumatına görə, bu gün axşam saatlarında güclü yağışdan sonra rayonun Aşıqlı kəndinə və ucqar kəndlərə dolu yağıb.

5-10 dəqiqə yağan dolu daha sonra leysan xarakterli yağışa çevrilib. Bundan başqa dolu Gəncənin Hacıkənd qəsəbəsində yağıb.

Qeyd edək ki, hazırda ölkənin qərb bölgəsində yağışlı hava şəraiti davam edir.

Müəllif: Ucnoqta.az redaksiyası