Xəbər verdiyimiz kimi, taksi sürücülərinin hazırlığın nəticələrinin qiymətləndirilməsi Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçiriləcək. Bu xəbər taksi sürücüləri arasında müzakirəlıər səbəb oldu
Ucnoqta.az xəbər verir ki, ekspert Ərşad Hüseynov bu məsələyə aydınlıq gətirib. Ərşad Hüseynov bildirir ki, söhbət illərdir qanunvericilikdə olan bir şeydən gedir:
"Əslində bu gün üçün heç bir yenilik də yoxdur. Söhbət hansısa mürəkkəb imtahandan, akademik biliklrəin yoxlanılmasından da getmir.
“Avtomobil nəqliyyatı haqqında” Qanunda hələ 2015-ci ildən belə bir müddəa var ki, kommersiya məqsədli yük və sərnişin daşıyan avtomobil nəqliyyatı sürücüləri (yəni avtobus sürücüləri, yük avtomobili sürücüləri və taksi sürücüləri) bu işə başlamaq üçün xüsusi hazırlıq keçməlidirlər. Hazırlığın nəticəsində onlara sənəd vermək üçün qiymətləndirmə, yəni öyrəndiklərinin yoxlanılması keçirilməlidir. Qiymətləndirmədən uğurla keçənlərə bu barədə sənəd verilməlidir. Xüsusi hazırlıq və qiymətləndirmənin də predmeti və proqramı çox sadədir: bu sürücülərin peşə fəaliyyətinə və etik davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımalarını tənzimləyən qanunvericiliyə dair zəruri biliklər. Vəssalam".
Ekspertin sözlərinə görə, xüsusi hazırliğı AYNA təşkil etməlidir:
"14 iyul 2023-cü ildə (yəni təxminən 1 il əvvəl) edilən dəyişikliyə əsasən, qiymətləndirməni DİM həyata keçirməlidir. DİM-in bu işi həyata keçirməsinin qaydası, şərtləri və s. yəqin ki, yaxın vaxtlarda bəlli olacaq və yoxlamalar həyata keçiriləcək.
İndiyədək belə hazırlığı keçən və hazırlıqdan sonra AYNA tərəfindən yoxlamadan keçən sürücülər bunun mahiyyətini yaxşı bilirlər. Çox sadə mövzulardan və buna uyğun qiymətləndirmədən söhbət gedir. Həmin məsələləri 5-ci sinif şagirdi səviyyəsində dünya görüşü olan hər kəs asanlıqla məniməsəyə bilər. Yəni xüsusi ajiotajlıq bir şey yoxdur və gözlənilmir..."