Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda iki yeni nazir təyinatı oldu

11:52 - 31 May 2024 tarixində dərc olunub.

Naxçıvan Muxtar Respublikasına yeni səhiyyə və təhsil nazirləri təyin edilib.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı Naxçıvan Ali Məclisinin sədr müavini Anar İbrahimov qərarlar imzalayıb.

Qərara əsasən, Elxan Nəcəfov Naxçıvan Muxtar Respublikasının təhsil naziri təsdiq edilib. O, buna qədər Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edirdi. 

Qeyd edək ki, 1982-cildə Babək rayonunun Nehrəm kəndində anadan olan Nəcəfov Elxan Tarqulu oğlu daha əvvəl Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb. 

Digər qərarla səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Samiq Asəf oğlu Sadıxov nazir vəzifəsinə təsdiq edilib. 1987-ci ildə Naxçıvan şəhərində anadan olan Samiq Sadıxov əvvəllər “Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin direktoru vəzifəsində çalışırdı. 

Müəllif: Ucnoqta.az redaksiyası