Ucnoqta.az
www.ucnoqta.az

Ermənistan KTMT Müdafiə Nazirləri Şurasının iclasında iştirak etməyəcək

10:01 - 31 May 2024 tarixində dərc olunub.

Ermənistan KTMT Müdafiə Nazirləri Şurasının cümə günü Almatıda keçiriləcək iclasında iştirak etməyəcək, lakin məhdud tərkibdə qərarların qəbul edilməsinə etiraz etmir.

Ucnoqta.az xəbər verir ki, bunu TASS-a qurumun katibliyinin nümayəndəsi Yuri Şuvalov deyib.

“Ermənistan KTMT-nin Müdafiə Nazirləri Şurasının iclasında iştirak etməyəcək, lakin erməni tərəfi bizə məlumat verib ki, məhdud tərkibdə qərarların qəbuluna etiraz etmir”, - Şuvalov bildirib. 

Müəllif: Ucnoqta.az redaksiyası