Ucnoqta.az
www.ucnoqta.az

Çin Pakistan üçün rabitə peykini orbitə buraxıb

19:37 - 30 May 2024 tarixində dərc olunub.

Çin Pakistan üçün rabitə peykini orbitə buraxıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumatda bildirilir ki, Çin “Long March-3B” daşıyıcı raketindən istifadə edərək Pakistan üçün çoxməqsədli rabitə peykini uğurla orbitə buraxıb.

Kosmosa Pekin vaxtı ilə saat 20:12-də cənub-qərb Sıçuan əyalətindəki Siçan kosmodromundan baş verib. Peyk planlaşdırılmış orbitə daxil olub.

Müəllif: Ucnoqta.az redaksiyası