Ucnoqta.az
www.ucnoqta.az

Ermənistanda 137 nəfər saxlanıldı

10:13 - 27 May 2024 tarixində dərc olunub.

Ermənistan polisi səhər saatlarında İrəvanda paytaxtın küçələrini bağlayan və baş nazir Nikol Paşinyanın istefasını tələb edən 137 müxalifət fəalını saxlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-ın müxbirinə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Daha əvvəl 67 nəfırin saxlanıldığı bildirilirdi.

Müəllif: Ucnoqta.az redaksiyası