Ucnoqta.az
www.ucnoqta.az

Çində 5,1 bal gücündə zəlzələ baş verib

08:02 - 27 May 2024 tarixində dərc olunub.

Çinin Sıçuan əyalətində 5,1 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələ 10 km dərinlikdə olub. Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Müəllif: Ucnoqta.az redaksiyası