Ucnoqta.az
www.ucnoqta.az

Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırılıb

15:46 - 24 May 2024 tarixində dərc olunub.

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin məsləhətləşmələr üçün Moskvaya çağırılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhində deyilir.

"Mayın 24-də Rusiya Federasiyasının Ermənistan Respublikasındakı səfiri Kopırkin məsləhətləşmələr üçün Moskvaya çağırılıb", - Zaxarova qeyd edib.

Ermənistanın baş naziri Nikol Paşinyan son vaxtlar Moskva ilə münasibətləri tənqid edib. Xüsusilə, o, İrəvanın birgə müdafiə alyansı - KTMT-nin işində iştirakını dayandırıb, həmçinin 1992-ci ildən bəri Rusiya sərhədçilərinin paytaxt hava limanında fəaliyyətini dayandırıb.

Müəllif: Ucnoqta.az redaksiyası