Ucnoqta.az
www.ucnoqta.az

Aİ İranın müdafiə nazirinə qarşı sanksiyaların tətbiqini müzakirə edir

13:49 - 24 May 2024 tarixində dərc olunub.

Aİ ölkələri İranın müdafiə naziri Məhəmməd Rza Aştianiyə qarşı sanksiyaların tətbiqi imkanını nəzərdən keçirir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, söhbət Yaxın Şərq və Qırmızı dəniz regionunda fəaliyyət göstərən qruplaşmalara hərbi dəstək üçün İrana qarşı yeni məhdudiyyətlərdən gedir.///tass

Müəllif: Ucnoqta.az redaksiyası