Ucnoqta.az
www.ucnoqta.az

Cəlilabadda 11 yaşlı qızın ölməsi faktı araşdırılır

12:15 - 24 May 2024 tarixində dərc olunub.

Cəlilabadda azyaşlının elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı araşdırılır.

Baş Prokurorluqdan Ucnoqta.az-a bildirilib ki, mayın 23-də Cəlilabad rayonu Günəşli kəndi ərazisində 2013-cü il təvəllüdlü Zəhra Niftiyevanın çıxdığı ağacın yağınlığından keçən elektrik naqilinə toxunması nəticəsində yıxılaraq ölməsi faktı üzrə Cəlilabad rayon prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası