Ucnoqta.az
www.ucnoqta.az

Zığ şosesi ilə hərəkət edən sürücülərin nəzərinə!

16:12 - 20 May 2024 tarixində dərc olunub.

Zığ şosesinin 27-ci km-də, Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətində yük avtomobilindən daş kütləsi yolun hərəkət hissəsinə düşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yolda olan məlumat sürət tablosunun sağ zolaq hissəsində "məhdudlaşdırıcı zolaq" işarəsi qoyulub. Bununla yanaşı, yoldakı vəziyyətlə bağlı aidiyyəti dövlət qurumuna məlumat verilib.

Sürücülərdən hərəkət zaman bu tablolara diqqət yetirmələri və sürət həddinə əməl etmələri xahiş olunur.

Müəllif: Ucnoqta.az redaksiyası