Ucnoqta.az
www.ucnoqta.az

Bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

15:06 - 20 May 2024 tarixində dərc olunub.

Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Ucnoqta.az xəbər verir ki, 21 may saat 02:00-dan 24 may saat 22:00-dək Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində (Akademik Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospekti istiqamətində) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Müəllif: Ucnoqta.az redaksiyası