Ucnoqta.az
www.ucnoqta.az

Bilgəhdə evdən 8 min manatlıq oğurluq edilib

10:59 - 20 May 2024 tarixində dərc olunub.

Bakıda evdən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Bilgəh qəsəbəsində evlərdən birinin həyətindən 8000 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən Zamiq Mənzimov saxlanılıb.

Araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası