Ucnoqta.az
www.ucnoqta.az

SEPAH komandanı Rəisinin helikopterinin qəzaya uğradığı yerə gedib

00:04 - 20 May 2024 tarixində dərc olunub.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) komandanı, general-leytenant Hüseyn Səlami İslam Respublikası prezidenti İbrahim Rəisinin helikopterinin sərt eniş etdiyi əraziyə yollanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.

Məlumata görə, Səlamidən başqa, SEPAH-ın bir neçə yüksək rütbəli zabiti də qəza yerinə gedib. Axtarış prosesini sürətləndirmək üçün yerindəcə əmr verəcəkləri qeyd edilir.

Müəllif: Ucnoqta.az redaksiyası