Ucnoqta.az
www.ucnoqta.az

İran prezidentinin helikopterindəki iki sərnişinlə əlaqə yaradılıb

21:55 - 19 May 2024 tarixində dərc olunub.

Qəza baş verəndən sonra İran prezidentinin helikopterindəki iki sərnişinlə əlaqə yaratmaq mümkün olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fars agentliyi məlumat yayıb. 

İran Prezidenti İbrahim Rəisi və onu müşayət edən şəxsləri daşıyan helikopter Uzi və Pir Davud kəndləri arasındakı Dizmar meşəsində qəzaya uğrayıb.

Müəllif: Ucnoqta.az redaksiyası