Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub

21:43 - 17 May 2024 tarixində dərc olunub.

Gəncə şəhərində dəm qazından ölüm faktı qeydə alınıb.

"Report"un məlumatına görə, şəhər ərazisində binaların birində kirayədə yaşayan 1998-ci il təvəllüdlü Ş.Məmmədov dəm qazından boğularaq ölüb.

Onun meyiti tibbi ekspertizaya aparılıb.

Fakt araşdırılır.

Müəllif: Ucnoqta.az redaksiyası