Ucnoqta.az
www.ucnoqta.az

Nazir Abid Şərifovun kürəkənini təqaüdə göndərdi

12:38 - 17 May 2024 tarixində dərc olunub.

Ədliyyə Nazirliyi Penitensiar xidmətində növbəti kadr dəyişikliyi olub.

Ucnoqta.az Unikal-a istinadən xəbər verir ki, Penitensiar xidmətin rəisi, ədliyyə general-mayoru Mirsaleh Seyidovun təqdimatı əsasında ədliyyə naziri Fərid Əhmədov Penitensiar xidmətin 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmməd Mahmudovu yaş həddi ilə əlaqədar təqaüdə göndərib.

Qeyd edək ki, işdən çıxarılan rəis Baş nazirin sabiq müavini Abid Şərifovun kürəkənidir.

Müəllif: Ucnoqta.az redaksiyası