Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan əhalisinin gəlirləri artıb

18:16 - 16 May 2024 tarixində dərc olunub.

Bu ilin yanvar-aprel aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 24 milyard 579,9 milyon manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,3% çoxdur.

Son bir ildə ölkədə adambaşına düşən nominal gəlir isə 3,8% artaraq 2 412,9 manata çatıb.

Müəllif: Ucnoqta.az redaksiyası