Ucnoqta.az
www.ucnoqta.az

“Qarabağ”ın qapıçısı Rusiya klubuna keçə bilər 

19:02 - 16 May 2024 tarixində dərc olunub.

“Qarabağ”ın qapıçısı Andrey Lunyov karyerasını Rusiyada davam etdirə bilər. 

Ucnoqta.az xəbər verir ki, bu barədə rusiyalı insayder İvan Karpov məlumat yayıb. Onun sözlərinə görə, “Dinamo” (Moskva) qapı xəttini gücləndirmək üçün bu yay 33 yaşlı qolkiperi transfer etmək istəyir. 

A. Lunyovun Ağdam klubu ilə müqaviləsi cari mövsümün sonunda başa çatacaq. 

Qeyd edək ki, Andrey Lunyov bu mövsüm “Qarabağ”ın heyətində 32 matçda meydanda olub. O, 10 görüşdə qapısını toxunulmaz saxlamağı bacarıb. 

Müəllif: Ucnoqta.az redaksiyası