Ucnoqta.az
www.ucnoqta.az

Gürcüstandan ölkəyə keçmək istəyən 10 Azərbaycan vətəndaşı saxlanılıb - FOTO

12:12 - 16 May 2024 tarixində dərc olunub.

Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb

Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb. Məlumata görə, may ayının 15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində 10 nəfər (6-sı azyaşlı olmaqla) Azərbaycan Respublikası vətəndaşı sərhəd naryadının sayıqlığı nəticəsində Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası