Ucnoqta.az
www.ucnoqta.az

ABŞ-da təyyarə qəzaya uğrayıb - 3 nəfər ölüb

08:37 - 16 May 2024 tarixində dərc olunub.

ABŞ-ın Tennessi ştatında kiçik təyyarənin qəzaya uğraması nəticəsində azı 3 nəfər ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABC televiziyası hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Hadisə Franklin şəhəri yaxınlığında baş verib. Hələlik baş verənlərlə bağlı başqa təfərrüatlar yoxdur.

Müəllif: Ucnoqta.az redaksiyası