Ucnoqta.az
www.ucnoqta.az

Putin Azərbaycandakı generalını təltif etdi

16:56 - 15 May 2024 tarixində dərc olunub.

Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanı general-mayor Kirill Kulakov Rusiyanın "Şücaət" ordeni ilə təltif olunub.

Ucnoqta.az axar.az-a istinadən bildirir ki, orden Kirill Kulakova Xocalı rayonunda yerləşən Rusiya sülhməramlılarını yolasalma mərasimi zamanı təqdim olunub.

Həmçinin, bir qrup rus hərbi qulluqçu sülhməramlı kontingentdə fərqləndiklərinə görə medallarla təltif olunublar.

Müəllif: Ucnoqta.az redaksiyası