Ucnoqta.az
www.ucnoqta.az

İspaniyada şokolad adı ilə maskalanmış 4 ton həşiş ələ keçirilib

12:50 - 15 May 2024 tarixində dərc olunub.

İspaniya Mülki Qvardiyası şokolad kimi maskalanmış 4 tona yaxın həşiş müsadirə edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin hüquq-mühafizə orqanları məlumat yayıb.

Məlumata görə, əməliyyat La Puebla del Rio kəndində keçirilib. Narkotikin çoxu kiçik dozalara bölünərək şokolad qablarına qablaşdırılıb.

Heç bir şübhəli şəxs saxlanılmayıb.

Müəllif: Ucnoqta.az redaksiyası