Ucnoqta.az
www.ucnoqta.az

Türkiyə ordusu İraqın şimalında 12 PKK üzvünü məhv edib

12:48 - 15 May 2024 tarixində dərc olunub.

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında keçirdiyi hava əməliyyatı zamanı PKK-nın 12 silahlısını məhv edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi X -də məlumat yayıb.

“İraqın şimalındakı Qara və Hakurk bölgələrində həyata keçirilən hava əməliyyatı zamanı 12 terrorçu məhv edilib”, - deyə məlumatda bildirilib.

Müəllif: Ucnoqta.az redaksiyası