Ucnoqta.az
www.ucnoqta.az

Mərkəzi Bankda yüksək vəzifəyə təyinat - FOTO

15:51 - 13 May 2024 tarixində dərc olunub.

Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə bazarlarının hüquqi təminatı Departamentinə direktor təyin edilib.

Bununla bağlı AMB-nin sədri Taleh Kazımov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifə Mehriban Məmmədovaya həvalə olunub.

Son illər ərzində M. Məmmədova Mərkəzi Bankda müxtəlif vəzifələrdə çalışıb.

Müəllif: Ucnoqta.az redaksiyası