Ucnoqta.az
www.ucnoqta.az

“Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI

15:44 - 13 May 2024 tarixində dərc olunub.

Türkiyənin məşhur onlayn alış-veriş şirkəti “Trendyol” Azərbaycana məhsulların çatdırılma xidmətində qiymət dəyişikliyi edib. 

Ucnoqta.az xəbər verir ki, şirkət qiymətləri 2.5 dəfə artırıb. 

Dünənə kimi 79.99 TL (4.23 manat) hesablanan çatdırılma xidməti bu gündən 199.99 TL (10.63 azn) hesablanacaq. 

Müəllif: Ucnoqta.az redaksiyası