Ucnoqta.az
www.ucnoqta.az

Biləsuvarda qadın dəm qazından zəhərlənib

19:21 - 13 May 2024 tarixində dərc olunub.

Biləsuvarda 1990-ci il təvəllüdlü rayon sakini Aynur Kərimli yaşadığı evin mətbəx otağında olarkən dəm qazından zəhərlənib. 

Ucnoqta.az xəbər verir ki, 34 yaşlı qadın ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası