Mayın 6-dan Quba rayon mərkəzi xəstəxanasında insultdan müalicə alan və komada olan 38 yaşlı yazar Murad Muradov bu gün səhər 04.40-da tibb müəssisəsində vəfat edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.
Qeyd edək ki, M.Muradov bu gün saat 14:00-da yaşadığı Quba rayonunun Zərdabi qəsəbəsinin qəbiristanlığında dəfn olunacaq.