Ucnoqta.az
www.ucnoqta.az

Avstraliyada təyyarə şassi olmadan eniş edib

08:42 - 13 May 2024 tarixində dərc olunub.

 Avstraliyanın Nyukasl şəhərində, göyərtəsində pilot və iki sərnişinin olduğu yüngül təyyarə texniki nasazlıq üzündən eniş şassisini aça bilməyərək hava limanına təcili eniş edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yeni Cənubi Uels əyalət polisinə məlumat verilib.

Bir neçə saat havada qaldıqdan sonra təyyarə kifayət qədər yanacaq yandırıb və məcburən təkərləri olmadan eniş edib.

Təyyarənin göyərtəsində olan heç kim xəsarət almayıb.

Müəllif: Ucnoqta.az redaksiyası