Ucnoqta.az
www.ucnoqta.az

Bosfor boğazında yük gəmisi quruya oturub

08:24 - 7 May 2024 tarixində dərc olunub.

Ukraynadan Misirə gedən "Aleksis" yük gəmisi Bosfor boğazında quruya oturub.

Ucnoqta.az xəbər verir ki, Türkiyə Sahil Mühafizəsi bildirib ki, hər iki istiqamətdə gəmilərin hərəkəti dayandırılıb.

Xilasetmə qrupları hadisə yerinə cəlb olunub.

Məlumata grə, 229 metrlik gəmi Haydarpaşa yaxınlığında mühərriki nasaz olduğu üçün sahilə çıxıb.

Müəllif: Ucnoqta.az redaksiyası