Ucnoqta.az
www.ucnoqta.az

Vilayət Eyvazov generalı yüksək vəzifəyə TƏYİN ETDİ

14:53 - 3 May 2024 tarixində dərc olunub.

Ali Hərbi Məktəbin sabiq rəisi general-mayor İlqar Məmmədov yenidən vəzifəyə gətirilib.

Ucnoqta.az qafqazinfo-ya istinadən xəbər verir ki, İ.Məmmədov daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun hərbi məsələlər üzrə müşaviri təyin edilib.

Qeyd edək ki, İ.Məmmədov ötən ilin sentyabr ayında DİN-in Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi vəzifəsindən azad edilmişdi.

Müəllif: Ucnoqta.az redaksiyası