Ucnoqta.az
www.ucnoqta.az

Etiraz aksiyalarında iştirak edən hərbçilərə cinayət işi açılıb

11:54 - 3 May 2024 tarixində dərc olunub.

Tavuşdakı son etiraz aksiyalarında iştirak edən hərbçilərə qarşı cinayət işi başlanıb

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş prokuroru Anna Vardapetyan deyib.
 
“Onlara hər hansı siyasi proseslərdə iştirak etmək qadağandır. Cinayət işi çərçivəsində hazırda həmin hərbçilərin davranışlarının qiymətləndirilməsi üçün müvafiq tədbirlər görülür”, - prokuror bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası