Ucnoqta.az
www.ucnoqta.az

Tayvanda zəlzələ baş verib

09:22 - 2 May 2024 tarixində dərc olunub.

Tayvanın şərq sahillərində dənizdə 5,1 bal gücündə təkanlar qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə adanın Mərkəzi Meteorologiya İdarəsi məlumat yayıb.

Məlumata görə, zəlzələ yerli vaxtla saat 10:07-də ​​baş verib. Zəlzələ 11,7 km dərinlikdə olub.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Müəllif: Ucnoqta.az redaksiyası