Ucnoqta.az
www.ucnoqta.az

Bu telekanala rəhbər təyin olundu - FOTO

15:37 - 1 May 2024 tarixində dərc olunub.

Xəbər verdiyimiz kimi, Qərbi Azərbaycan Televiziyasının binasının açılışı olub.

Ucnoqta.az qafqazinfo-ya istinadən xəbər verir ki, televiziyanın rəhbəri Ülviyyə Zülfiqar təyin edilib.

Qeyd edək ki, o, həm də Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsindədir.

Məlumata görə, telekanal həftədə 6 dəfə - 3 dəfə Azərbaycan, 3 dəfə rus dilində olmaqla, 2 saat boyunca efirə çıxacaq.

Müəllif: Ucnoqta.az redaksiyası