Ucnoqta.az
www.ucnoqta.az

Belarus hərbçiləri İranda antiterror təlimlərində iştirak edir

14:13 - 1 May 2024 tarixində dərc olunub.

Belarus hərbçiləri İranda keçirilən antiterror təlimlərində iştirak edir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq şöbəsinin rəisi, general-mayor Valeri Revenko X səhifəsində yazıb.

“Silahlı Qüvvələrin Baş Döyüş Hazırlığı İdarəsinin rəisi, general-mayor Aleksandr Başın rəhbərlik etdiyi Belarus hərbi nümayəndə heyəti komanda-qərargah təlimində iştirak edir (“Təhlükəsizlik kəməri 2024”). Tehranda baş tutan təlimin mövzusu terrorizmlə mübarizədir”, - Revenko qeyd edib.

Müəllif: Ucnoqta.az redaksiyası